SON XƏBƏR

Zaqatalada müharibə əlilləri və şəhid ailələri üçün 21 fərdi ev tikilir

Yanvar 07
15:36 2016
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatala rayonunda bu kateqoriyadan olan şəxslər üçün 21 fərdi ev tikilir.
 
Bu barədə AZƏRTAC-a Zaqatala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Nəsrulla Həsrətov məlumat verib. Mərkəzin direktorunun bildirdiyinə görə, bu evlərin tikintisi Prezident İlham Əliyevin 2014-cü il iyunun 20-də imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilir.
 
Fərdi evlərdən 9-u Zaqatala şəhərində, 12-si isə rayonun kəndlərində inşa edilir. Bu evlərin 14-nün tikintisi artıq tamamlanmaq üzrədir və yaxın aylarda istifadəyə veriləcək.
 
Qalan 7 evdə isə inşaat işləri davam etdirilir. Ümumiyyətlə, 2018-ci ilədək bu kateqoriyadan olan digər şəxslərin də mərhələlərlə yeni fərdi ev və mənzillərlə təmin edilməsi nəzərdə tutulur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook