Zaqatala Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
Yanvar 21
19:06
2025
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva vəzifəsindən azad edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tamara Fəxrəddin qızı Nurəliyeva Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) yanvarın 21-də tutduğu vəzifədən azad edilib.
Qlobal.az