Zamirə Hacıyevanın yeni görüntüləri yayıldı – 13 min dollarlıq it, 10 min dollarlıq geyim
Oktyabr 30
21:35
2018
Britaniyanın "Daily Mail” tabloidi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntülərini yayıb.
Görüntülərə əsasən xərclədiyi milyonlarla gündəmə gələn xanım Hacıyeva London Naytsbricdəki malikanəsindən çıxaraq itlə gəzintiyə yollanır.
London Yüksək Məhkəməsi cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində və Milli Kriminal Agentliyin iddiası əsasında Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Bunlar Londonun Naytsbirc rayonunda dəyəri 15 milyon funt sterlinqə yaxın olan malikanə, 11 milyon funt sterlinq dəyəri olan qolf-klub, 50 milyon dollara yaxın dəyərində olan "Gulfstream” təyyarəsi daxildir. Habelə üzə çıxıb ki, Zamirə Hacıyeva təxminən 10 il ərzində-ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə həmin bankın verdiyi 35 kredit kartı ilə Londonun ən bahalı alış-veriş mərkəzi olan "Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib.
Bu gün mediada yayılan xəbərdə deyilir ki, reportyorlar bu bədxərcliyinə və Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş aktivlərin müsadirəsinə icazə verən qanunun tətbiq edildiyi ilk xarici vətəndaş olmasına görə sürətlə məşhurlaşan Zamirə Hacıyevanı malikanəsinin qarşısında güdüblər. Və iti ilə gəzintiyə çıxarkən onun fotolarını çəkə, habelə itinin və geydiyi paltarın dəyərini hesablaya biliblər.
Belə məlum olub ki, xanım Hacıyeva gəzintiyə yollanarkən idman üslubunda geyimdə olub, bu geyimin ümumi dəyəri 8500 funt sterlinqdir. Hacıyevanın nadir pomerants cinsindən olan ev iti isə 10 min funt sterlinq dəyərindədir.
Zamirə Hacıyeva malikanəsinin yaxınlığında itini gəzdirərkən 625 avro dəyərində "Gucci Ace” krassovkasında, 530 funt sterlinq dəyərində zolaqlı "Gucci” trikotaj idman şalvarında və 290 funt sterlinq dəyərində "Miu Miu” günəş eynəyində olub.
Onun çantası isə xüsuilə bahalıdır, Hermes şirkətinin ‘Constance’ brendindən olan əl çantasının qiyməti 6500 funt sterlinqdir. Hacıyevanın qara rəngli və jurnalistlərin hansı markadan olduğunu müəyyən edə bilmədikləri gödəkçəsi isə 800 funt sterlinqə yaxın dəyərləndirilib.
İtin aksessuarları isə təxminən 1000 funt sterlinq dəyərində qiymətləndirilib.
Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.
55 yaşlı Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə həmin aktivlər müsadirə olunacağı iddia olunur.///minval.info

Qlobal.az