SON XƏBƏR

Zamirə Hacıyavanın 1 milyon funt-sterlinqlik üzüyü müsadirə olundu (FOTO)

Yanvar 15
12:05 2019
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyavaya məxsus dəyəri 1 milyon funt-sterlinqdən baha olan brilliant üzük Böyük Britaniyanın Milli Cinayət Agentliyi tərəfindən müsadirə olunub.

Qaynarinfo "The Telegraph"a istinadən xəbər verir ki, 8,9 karatlıq "Cartier" (Kartye) üzüyü Cahangir Hacıyev tərəfindən 8 il əvvəl Londonun məşhur "Harrods" univermağından alınıb.

Agentlik əmindir ki, bu üzüyün alınması üçün sərf olunan maliyyə mənbəyi növbəti araşdırmaların aparılmasını tələb edəcək.
 


Qeyd edək ki, Zamirə Hacıyeva ötən il Londonda saxlanılmışdı. Cahangir Hacıyevin 55 yaşlı xanımı "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders, UWO) çərçivəsində həbs olunsa da, noyabrın 8-də zaminə buraxılmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook