SON XƏBƏR

Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub? - Baş Prokurorluq açıqladı

Sentyabr 05
13:47 2022
Baş Prokurorluq Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması xəbərinə münasibət bildirib.

Qurumun Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, sabiq Baş prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən təsdiq edilmir.

Qeyd edək ki, sabiq baş prokuror Zakir Qaralovun müayinə və müalicə üçün Almaniyaya getmək istədiyi, amma ölkədən çıxış üçün icazə istəyinə "yox” deyilməsi barədə xəbər yayılıb. İddiaya görə, qaraciyər problemindən əziyyət çəkən Zakir Qaralova "yuxarıdan” "Almaniyadan həkimini dəvət elə, özü gəlsin” cavabı verilib. Sabiq baş prokurorun bu günlərdə vəfat edən yaxın qohumlarından birinin məclisinə də gedə bilmədiyi iddia edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook