SON XƏBƏR

Zakir Həsənovun etimadını doğrulda bilməyən polkovniklə bağlı ilginc məlumatlar

Sentyabr 10
00:32 2016
Bir müddət əvvəl müdafiə naziri postuna təyin edildikdən sonra Zakir Həsənov tərəfindən xeyli addımlar atıldı. Ədalət naminə desək Zakir Həsənovun bu illər ərzində apardığı kadr islahatları sabiq müdafiə naziri Səfər Əbiyev dönəmində olan, zabit və gizirlər arasıdanda gərginliyi artıq arxa plana keçirib. Faktiki olaraq Azərbaycan ordusunda hal-hazırda müşahidə olunan nizam-intizam və məsuliyyət hissi bir qədər də artıb. 2 aprel döyüşləri isə Azərbaycan ordusunun yüksək döyüş səviyyəsində olduğunu bir daha subut etdi. Lakin buna baxmayaraq Müdafiə Nazirliyində yenə də kadr islahatlarının aparılmasına zərurət yaranıb. Səbəb isə bəzi yüksək vəzifə sahibi olan zabitlərin səlahiyyət həddlərini aşmasıdır.

Bu barədə infoAZ.org-un elektron ünvanına daxil olan məlumatlara görə, müdafiə naziri Zakir Həsənov belə halların qarşısın almaq üçün bir il əvvəl vəzifəyə təyin etdiyi şəxslərin fəaliyyətinin yenidən araşdırılmasına göstəriş verib. Əslində Zakir Həsənovun bu addımını nümunəvi bir addım kimi dəyərləndirmək olar. Məlumatlara görə, Müdafiə Nazirliyində idarə rəislərindən biri olan polkovnik Mirzəyev Abakarın son vaxtlar tabeçiliyində olan şəxslərə qarşı aqresiv və kobud hərəkətləri nazirlikdə narazılıq yaradıb. Məlumatda bildirilir ki, konkret olaraq bir neçə gün əvvəl Abakar Mirzəyev Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində xanım işçilərədən biri ilə kobud davranıb. Bu hadisə artıq Müdafiə Nazirliyində çalışan zabitlərin səbr kasasını daşırıb. Bildirilir ki, hazırda Abakar Mirzəyevdən ciddi narazılıq var.
 
Məlumatda qeyd edilir ki, Zakir Həsənov təxminən bir il əvvəl Abakar Mirzəyevə etimad edərək onu yüksək vəzifəyə təyin etsə də, qısa müddətdə onun nazirin etimadını doğrultmadığı aydın olub. Digər tərəfdən yuxarıda qeyd olunan faktlara görə Abakar Mirzəyev zabit yoldaşları arasında da nüfuzunu itirib. Məhz bu səbəbdən onun da fəaliyyətinin ciddi araşdırılmasına zərurət yaranıb.(İnfoAZ.org)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook