Zakir Həsənov Gürcüstana rəsmi səfərə gedib
Noyabr 14
12:26
2022
Noyabrın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Caunşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.
General-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.



