Zakir Fərəcov "alma yığan" məmurun vəzifəsini böyütdü
Fevral 03
14:05
2026
Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun vəzifəsi dəyişib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq əmr imzalayıb.
Belə ki, struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. Buna görə də S.Bədəlov həmin sektordakı Baş məsləhətçi vəzifəsini itirib.
Amma icra başçısı onu işsiz qoymayıb. Belə ki, başçının əmrinə əsasən, S.Bədəlov ŞİH-də yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun Baş məsləhətçisi təyin edilib.
Qlobal.az