SON XƏBƏR

Zahid Oruc: Bu il Konstitusiya ilə bağlı referendumun keçirilməsi çağırışı var

Yanvar 23
11:37 2025
Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışlara yeni referendumun keçirilməsi də daxildir.

"Report" verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, bu il həmçinin Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür:

"Nəzərə alsaq ki, yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. Bu kimi çağırışlar və baxışlar aktualdır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook