Zahid Oruc - “Bir neçə icra hakimiyyətində yoxlamalar davam edir”
Dekabr 21
10:58
2019
Zahid Oruc: "Özlərini toxunulmaz hesab edən adamlar başa düşmədilər ki, ortada prezidentin iradəsi var və bir gün gəlib onların qapılarını döyəcəklər
"Köhnə MTN sisteminin ləğv edilib, ora milli bir peşəkarı təyin etməyin nə qədər doğru olduğu göründü”
Hər iki məmurun qanunsuz əməlləri sırasında sahibkarlardan rüşvət alınması, ictimai işlərə cəlb olunan şəxslər üçün nəzərdə tutulan vəsaitlərin mənimsənilməsi əsas yeri tutur. Halbuki son aylarda ölkə prezidenti hər iki qanunsuzluğa yol verən məmurların ciddi cəzalanacağına dair dəfələrlə sərt xəbərdarlıqlar səsləndirmişdi.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən bu ilin sentyabrına Yevlaxda ictimai işlərə cəlb olunaraq əmək haqqı alan ictimai işçilərin sayı 469 nəfər, Ağstafada isə 307 nəfər olub.
Milli Məclisin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun "Yeni Müsavat”a bildirdiyinə görə, ölkənin birinci şəxsi hər zaman daşıdığı ali xüsusiyyətlərlə-mötəbərlik, inam, çeviklik, xalqla yaxınlıq, təşəbbüskarlıqla komandasını formalaşdırmağa çalışıb. O, daha strateji planlar üzərində Azərbaycanı iqtisadi müstəqil və təhlükəsiz bir məkana çevirərkən, etimad göstərdiyi adamların səhvlərinə dözüm və humanizm nümayiş etdirib: "2003-cü ildən sonrakı regional və beynəlxalq reallıqlar məhz belə bir yanaşmanı tələb edirdi. Lakin əgər Prezident xarici təhlükələri dəf edərkən, ordunu, təhlükəsizlik sistemini təmizləyərkən kimlərsə hesab edirdilərsə ki, bunlar müəyyən müddət sonra unudulacaq və xalqın haqqına girən adamlar cəzasılıq zolagında qalmaqda davam edəcəklər, onlar son bir ilin böyük miqyaslı dəyişiklikləri fonunda yanıldıqlarını gördülər. İlham Əliyevin kadrlara münasibətdə güzəşt limiti bitib və dövlətçilik mənafelərindən uzaq düşənlərin ”qırmızı xətti" keçməsi zamanı artıq arxada qalıb. Artıq hamı zəngin sosial-iqtisadi qərarların ardınca bütün hakimiyyət qollarına xalqın etibarını gücləndirmək məramı ilə həyata keçirilən böyük islahatlar kursunun ilin sonunda daha yeni məzmun kəsb etdiyinə əyani şahidlik edir. Əgər biz ona sadəcə islahatlar və yeni kurs siyasəti desək, onda biz baş verən total dəyişiklikləri ideoloji-siyasi baxımından məhdud ölçüdə götürmüş olarıq. "Prezident yeni hakimiyyət qurur” ifadəsi məna tutumuna və məzmununa görə İlham Əliyevin həqiqi məramını daha dolğun özündə əks etdirir, yeni elita quruculuğu "köhnələr və təzələr”, "Qərb təhsillilər və ya milli məktəblər” istilahlarına deyil, daha çox "xalqa xidmətin alternativi yoxdur” devizi ilə yola davam fəlsəfəsinə uyğundur".
Mərkəz rəhbərinin fikrincə, bu prosesin davam edəcəyinə şübhə yoxdur: "Oktyabrın 15-də fərqli bir formatda keçirilən iqtisadi müşavirədə bəyan olunmuşdu ki, 21-ci əsrin tələbləri ayrıdır, burada ayrı təfəkkür tərzi, ayrı yanaşmalar olmalıdır. Daha sonra yerlərdə sahibkarların fəaliyyətinə imkan verilməməsi halları, haqsız rəqabət, məmurların biznes maraqları üzərindən sahibkarlığa vurduqları ziyanlar haqda danışan dövlət başçısı bütün ölkədəki proseslərin nəbzinin olun əlində olduğunu göstərməklə çevik qərarlar qəbul etdi və ən qatı əleydarların da platformalarını əllərindən aldı. Xatırlatmaq yerinə düşər ki, Mikayıl Cabbarovu yeni vəzifəyə təyinatla bağlı qəbul edərkən kölgə iqtisadiyyatına qarşı mübarizədən, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsindən və nazirə edilən təsirlərə onun sinə gərməsindən danışılması iqtisadi komanda içərisində tam dönüşə nail olduqdan sonra siyasi sistemdə qəti addımların atılacağı mesajları daha aydın sezilməkdə idi. Son həbslər göstərdi ki, qəyyumluq mühitində özünü xalqa qarşı qoyanlar kölgədə toxunumazlıqlarını sürdürürə bilməyəcəklər və ona görə də dövlətin, onun rəhbərin işığında olmaqdan başqa yol yoxdur”.
Ən fədakar zəhmət sahibi olan icra nümayəndələrindən alınan o rüşvət səhnələri, şəhid ailələrinə yardım adı ilə pərdələnən əməllər, dövlətin bölgələrdə sosial layihələrə yönələn vəsaitlərinə dikilən gözlər və hər qarış Vətən torpağının sadə insanlara bac-xəracla satılması rəzil məmur hərəkətləridir. Xatırlayaq ki, məhz birinci şəxsin dilindən 2 ay öncə "biz imkan verə bilmərik ki, yaramaz məmurlar bizim uğurlara kölgə salsın” bəyanatı da o özü sərtliklə söyləmişdi.
Cəbhə xəttində, ona yaxın ərazilərdə yaşayan əhalinin hüquqlarını tapdalayan, onların ailələrinə dövlətin ayırdığı vəsaitləri mənimsəyən adamlar heç vaxt bağışlana bilməzlər. İcra hakimiyyəti orqanları nəzərə almalıdılar ki, ölkə rəhbəri 2015-ci ildə ölkənin milli təhlükəsizlik orqanının rəhbərliyinə özünün sərt üzünü göstərib, o qurumun tamamilə yenidən təşkil olunmasına qərar vermişdi. Ardınca vergi sistemində ciddi şəffaflaşdırma həyata keçirildi. Yerlərdə birbaşa prezidenti təmsil edən bu adamlar fəaliyyətlərində ikiqat məsuliyyətli, şəffaf olmalı, xalqcanlı davranmalıdılar. İki rayonun yeni təyin olunan icra başçılarını qəbul edərkən də ölkə rəhbəri açıq mətnlə dedi ki, xalqa xidmət etməyənləri sərt cəza gözləyir, onlar vəzifədən çıxarılmaqla iş bitməyəcək. Görünür, özlərini toxunulmaz hesab edən adamlar başa düşmədilər ki, ortada prezidentin iradəsi var və bir gün gəlib onların qapılarını döyəcəklər. Biz əlbəttə, günahsızlıq prezumpsiyasını nəzərə alırıq, lakin faktlar inkarolunmazdır. Prezident əhalini, sahibkarları narahat edən ən ağrılı nöqtələri gözəl bilir və onları aradan qaldırmaqda qəti mövqe qoyub: "Bu mövqe yalnız yerli icra hakimiyyətləri üçün deyil, bütün hökumət üçün, hakimiyyət qolları üçün fəaliyyət prinsiplərini müəyyən edir”.



