Yunanıstandan Türkiyəyə açılan qanlı atəş: təsadüf, yoxsa təxribat? (ŞƏRH)
Avqust 02
13:39
2021
"Bu olay təsadüfi deyil, bilərəkdən, qəsdən planlaşdırılan ssenarinin tərkib hissəsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə ötən ayın son günü Yunanıstan tərəfdən açılan atəş nəticəsində Türkiyənin Ədirnə şəhərində bir vətəndaşın öldürülməsi olayının təsadüf, yoxsa təxribat olduğuna aydınlıq gətirərkən deyib. Həmsöhbətimiz bildirib ki, həmin hadisə Afinanın Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətində səsləndirdiyi bəyanatı həzm edə bilməməsinin nəticəsidir:
"Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizi və Kipr problemində kəskin münasibətlər hökm sürür. ABŞ və Avropa Birliyi bu məsələdə Afinanı dəstəkləyir. Şimali Kipr Türk Cümhuriyyətinin 44 illik tədbirinin keçirilməsi, Ərdoğanın bu respublikanın tanınması istiqamətində fəaliyyətə keçəcəyilə bağlı açıqlamaları müəyyən qədər Yunanıstanı və ona dəstək verən ölkələri narahat edib”.
Politoloqa görə, bu insidentdə bəzi Qərb ölkələrinin də "rolu” vardır:
"Bu mənada Qərb mövcud situasiyadan yararlanmağa çalışaraq Afinanı provokasiyaya çəkir. Bu olay da təsadüfi deyil, bilərəkdən, qəsdən planlaşdırılan ssenarinin tərkib hissəsidir. Türkiyədəki yanğınlar, Yunanıstan tərəfdən qardaş ölkənin atəşə tutulması Qərbdəki bəzi dövlətlərin Türkiyəni sıxışdırmaq, təzyiq etmək cəhdidir”.
Ekspertin fikrincə, Qərb bu zonada yeni bir münaqişə ocağı yaratmağa çalışır:
"Lakin onların bu cəhdləri heç bir zaman Türkiyəni öz geosiyasi strategiyasından geri çəkməyəcək. Xüsusən də Şimali Kipr Türk Cümhuriyyətilə bağlı məsələdə. Ankara bu məsələnin də öhdəsindən gələcək. Proses elə bir həddə çatar ki, Türkiyə Egey və Aralıq dənizlərində Yunanıstanın nəzarətindəki adaları öz nəzarətinə ala bilər.
Türkiyəyə qarşı bu kimi təxribatlar bundan sonra da baş verə bilər. Ancaq bir şey aydındır ki, Türkiyə geri çəkilməyəcək və bu problemlərin öhdəsindən gələcək”.