Yunanıstan Türkiyə sərhədini pozdu
Noyabr 08
10:14
2015
Yunanıstana məxsus 4 F-16 təyyarəsi Türkiyə sərhədini pozub.
Axar.az xəbər verir ki, Antaliyanın cənub-qərbində bir dəqiqə davam edən F-16 qırıcılarının uçuşu peyk vasitəsilə görüntülənib.
Yunan qırıcılarının sərhədi pozmasından dərhal sonra Türkiyəyə məxsus iki F-16 qırıcı təyyarə havaya qaldırılıb. Bundan sonra yunan hərbi təyyarələri geri çəkilib.



