"Yunanıstan NATO-dakı həmrəyliyə zərər verir" - Türkiyə Müdafiə Nazirliyi
Noyabr 01
14:10
2021
"Yunanıstanın Fransa və ABŞ-la imzaladığı müqavilələrlə iki ölkə arasında məsələləri Türkiyə - Avropa İttifaqı və Türkiyə-ABŞ problemləri halına gətirməyə çalşır”.
"Report” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin zabiti, mayor Pınar Kara bildirib.
Pınar Kara Yunanıstanın ABŞ və Fransa ilə imzaladığı müqavilələrin NATO-ya ziyan vurduğunu deyib: "Yunanıstanın ittifaq içində ittifaq qurmaq mövqeyi NATO-nun həmrəylik ruhuna zərər verir”.



