YouTube” Trampın hesabını dondurdu
Yanvar 13
10:21
2021
"YouTube” video xidməti ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını azı bir həftəlik müddətə dondurub.
Onun sözlərinə görə, bu yaxınlarda Trampın kanalında yerləşdirilən video şiddət tətbiqinə təhrik edib və bu səbəbdən də silinib. "YouTube” nümayəndəsi əlavə edib ki, hesabın açılması məsələsinə bir həftədən sonra yenidən baxılacaq.
Qeyd edək ki, bundan əvvəl "Twitter” və "Facebook” də Trampı şiddətə təhrik etməkdə günahlandıraraq onun hesablarının müddətsiz dondurulduğunu açıqlamışdı. Onların ardınca az tanınan sosial şəbəkələr də eyni addımı atıb.