SON XƏBƏR

Yoluxanların sayı 6600-i keçdi

Fevral 03
13:20 2022
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 nəfər vəfat edib. 30 807 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797, bu günə qədər isə ümumilikdə 6 191 130 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 36 866 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 062, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 412, buster doza üzrə vaksinasiya olunanların sayı isə 32 392 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 075 995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 236 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 745 006, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 094 231 təşkil edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook