“Yolumuz Avropa İttifaqınadır” – Moldova Lavrovun hədə-qorxusuna cavab verdi

Fevral 02
17:07
2023
Məlum olduğu kimi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Rossiya 24" telekanalı və "RİA Novosti”yə müsahibəsində "Rusiyanın ətrafındakı dövlətlərdən hansının Ukraynanın yolu ilə gedə biləcəyi” barədə suala cavab verərkən Moldovanın adını çəkib: "Qərb indi Moldovaya növbəti Ukrayna kimi baxır. Onun Prezidenti Maya Sandu demək olar ki, hər şeyə hazırdır..."
"AzPolitika.info” xəbər verir ki, Moldova rəhbərliyi Rusiya XİN başçısının söylədiklərini bu ölkəyə qarşı növbəti hədə-qorxu cəhdi kimi qəbul etdiyini bildirib. Lavrovun təhdidlərinə cavab verən Moldovanın XİN sözçüsü Daniel Vode deyib ki, rəsmi Kişinyovun yolu Avropa İttifaqınadır və onu heç kim bu yoldan döndərə bilməz: "Rusiya diplomatiyası başçısının bəyanatını qətiyyətlə rədd edirik. Hansı ki, o, həqiqəti əks etdirmir və Rusiya diplomatiyasının bizə yaxşı məlum olan təhdid ritorikasının tərkib hissəsidir. Rusiya tərəfinə xatırlatmaq istərdik ki, bizim tutduğumuz yol Avropa İttifaqına üzvlük yoludur. Bu, ölkəmizin vətəndaşlarının dəstəklədiyi layihədir”.
Xatırladaq ki, ötən ilin dekabrında Lavrovun müavini Mixail Qaluzin də Moldovanı hədələyərək, demişdi ki, Kişinyovun NATO ilə əməkdaşlığı onu "fəlakətə yaxınlaşdırır”.