SON XƏBƏR

Yol polisinin törətdiyi qəzanın VİDEOsu yayıldı

İyul 04
22:18 2016
YPX əməkdaşının sükan arxasında hərəkətsiz qalması təəccblüdür
 
Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, Bakı istiqamətində hərəkətdə olan 3 avtomobil Beynəlxalq Avtovağzalın yaxınlığında toqquşub. Onlardan biri Dövlət Yol Polisinə məxsus patrul avtomobili olub. Hətta zərbə o qədər güclü olub ki, DYP avtomobili yerində fırlanaraq üzü Sumqayıt istiqamətində dayanıb. Şahidlər bildirir ki, qəzada ən çox əzilən də elə DYP maşını olub. Onun arxa və yan tərəfi əzilib, maşının bir neçə detalı qoparaq ətrafa səpələnib.
 
Ehtimal olunur ki, DYP maşını qəzaya düşən avtomobillərdən birini təqib edərkən toqquşma baş verib.
 
APA-nın yaydığı məlumata görə, Dövlət Yol Polisi əməkdaşlarının olduğu 99 YP 734 dövlət nömrə nişanlı «BMV» markalı avtomobillə 06 BE 009 dövlət nömrə nişanlı "Audi” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 99 YP 734 dövlət nömrə nişanlı «BMV» markalı avtomobil yararsız vəziyyətə düşüb. "Audi” markalı minik avtomobilinə isə qismən ziyan dəyib. Xəsarət alan yoxdur.
 
Bu gün həmin qəzanın videosu sosial şəbəkələrdə yayılıb. Videodan belə məlum olur ki, DYP əməkdaşı maşını yüksək sürətlə idarə edir və görünür başı nəyəsə qarışdığı üçün qarşıya baxmır. Çünki bu vəziyyətdə qəzaya düşmək yalnız sürücünün diqqətinin başqa yerdə olması nəticəsində baş verə bilər. Videodan da göründüyü kimi, DYP əməkdaşı sükanı son anda qaçırmağa çalışır, lakin artıq toqquşma baş verir. Tormozu isə qəzadan sonra basır…
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook