SON XƏBƏR

Yol polisi oğurluq maşını başqasının adına necə sənədləşdirib? - Şok fakt (VİDEO)

Fevral 09
13:47 2017
Azərbaycanda maşın aldı, Rusiyaya gedəndə oğurluq olduğunu öyrəndi.

Xəzər xəbər-in məlumatına görə, Rüstəm Əliyev ötən ilin martında Rövşən Kazbekov adlı şəxsdən 10 min manata avtomobil alıb. 

Pulu ödəyib və avtomobili öz adına keçirmək üçün yol polisinə müraciət edib. Burada da həmin avtomobili Rüstəm Əliyevin adına keçirblər.

Bundan sonra həmin avtomobillə Rusiya Federasiyasına səfərə gedən Rüstəm Əliyevi sərhədi keçdikdən sonra yol polisi saxlayıb və ona avtomobilin oğurluq olduğu deyilib.

Kor-peşman avtomobilsiz Azərbaycana qayıdan Rüstəm Əliyev deyir ki, onu satan Rövşən Kazbekovla əlaqə saxlayaraq avtomobilin oğurluq olduğunu bildirib. Ancaq ona cavab verilib ki, maşın oğurluq ola bilməz, əgər olsaydı, yol polisi onu adına sənədləşdirməzdi. 

Sonra isə Rüstəm Əliyev maşını onun adına keçirən yol polisinə müraciət edib. Oradan isə bildirilib ki, yanlışlıq olub.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, işində nöqsana yol verərək həmin avtomobil haqqında alıcıya yanlış məlumat verən şəxs idarənin texniki işçisi olub. Bu səhvinə görə, o, intizam tənbehinə cəlb olunaraq cəzalandırılıb. Həmin şəxsə dəyən ziyana gəldikdə isə o, bunu məhkəmə yolu ilə Baş Dövlət Yol Polisi İdarəsindən tələb edə bilər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook