Yığılan 11 milyard manat hara xərclənəcək?
Fevral 16
11:47
2023
"Türkiyə tək ürək" adlı layihədə 11 milyard manata yaxın vəsait yığılıb. Həmin vəsait ancaq zəlzələdən əziyyət çəkənlərin gündəlik həyatının müəyyən dərəcədə yüngülləşdirilməsinə xərclənəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, yığılan bütün pullar əsasən humanitar məqsədlər üçün xərclənəcək:
"Maliyyə təmir-bərpa işlərinə deyil, zəlzələdən əziyyət çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması, onlara maddi yardım göstərilməsi və gündəlik həyatlarının qaydasına salınması istiqamətlərinə sərf olunacaq. Söhbət vətəndaşların gündəlik ehtiyaclarının ödənilməsindən gedir”.
Natiq Cəfərli deyib ki, bu vəsait evlərin bərpası üçün nəzərdə tutulmayıb:
"Həm də tək yaralanan və həyatını itirənlər deyil, orada 3 milyona yaxın insanın evinə zərər dəyib. Həmin insanlar öz evlərində yaşaya bilmir. Onların kirayə məsələsi, hardasa yerləşdirilməsi var. Yığılan vəsait əsasən bu istiqamətdə xərclənəcək”.
Ekspertin fikirincə, zəlzələ bölgəsində infrastrukturun bərpasına, evlərin tikintisi üçün əlavə böyük vəsaitə ehtiyac var:
"Müxtəlif hesablamalar var. Söhbət 85-100 milyad dollar arası vəsaitdən gedir. Bu vəsait dövlətin ayıracağı maliyyə, yaxud da beynəlxalq donor təşkilatlarının ayıracağı pul olacaq”.
Qeyd edək ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı ortaq yayım ediblər. Yayım zamanı fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən əziyyət çəkənlər üçün ianə toplanıb. Canlı yayımda 115 milyard 146 milyon 528 min lirə (11 milyard manat) toplanıb. Mesajlardan isə ümumilikdə 9 milyon 10 min lirə yığılıb.