SON XƏBƏR

Yevlaxda İcra başçısına və deputata qarşı keçirilən etiraz aksiyasına rəsmi cavab

Oktyabr 01
09:04 2021
Yevlax rayonu Qaraməmmədli kənd sakinləri icra başçısı və deputata qarşı etiraz ediblər.

Yerli sakinlərin sözlərinə görə, etiraza səbəb iki aya yaxındır, kəndin bir hissəsində suyun olmamasıdır: Aksiya iştirakçılarının sözlərinə görə, məsələ ilə bağlı rayon icra hakimiyyətində qəbula yazılsalar da, onları qəbul edən olmayıb.

"Əfsuslar olsun ki, nə rayon rəhbəri, nə də deputat bizimlə maraqlanmır. Dəfələrlə rayonun deputatı İlham Məmmədova zəng etmişik, telefonlarımızı açmır. Biz onu nə üçün seçmişik?”– deyə sakinlər soruşurlar.

Məsələ ilə bağlı Yevlax şəhər İcra Hakimiyyətindən Bizimyol.info-ya açıqlama verilərək bildirilib ki, Yevlax rayonunun Qaraməmmədli kəndində 25 evdə yaşayan təxminən 120 nəfər sakinin içməli su və həyətyanı sahələrinin suvarılmasında istifadə etdikləri Su kanal idarəsinin balansında olan subartezian quyusunun 3 il ərzində elektrik enerjisi sərfiyyatına 6200 manat borc yaranıb.

"Araşdırma zamanı məlum olub ki, bu illər ərzində əhali tərəfindən istifadə edilən suyun dəyəri Su kanal idarəsinə ödənilməyib. Yaranmış borc məbləği ödənilmədiyi üçün subartezian quyusu "Yevlax Elektrik Şəbəkəsi” tərəfindən elektrik şəbəkəsindən ayrılıb. Kənd sakinləri Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət ediblər, Şəhər İcra Hakimiyyətində aidiyyatı qurumların rəhbərliyi ilə dəfələrlə qəbul ediliblər və qanunamüvafiq izahatlar verilib. İzahatlarla qane olmayan sakinlər müxtəlif sosial şəbəkələrdə tələblər irəli sürürlər”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook