SON XƏBƏR

Yevgeni Sloboda: “MDB-nin müşahidə missiyası ölkə üzrə səsvermənin monitorinqini aparacaq”

Noyabr 01
10:04 2015
MDB-nin müşahidə missiyası noyabrın 1-də həm Bakıda, həm də rayonlarda səsvermənin monitorinqini aparacaq.
 
Qlobalinfo.az xəbərunu Secki-2015.az saytına açıqlamasında missiyanın rəhbəri Yevgeni Sloboda deyib.
 
Paytaxtda azı 10 məntəqəyə baş çəkəcəyini deyən Sloboda ümumilikdə seçkiqabağı prosesin normal məcrada getdiyini bildirib: "Məndə xoş təəssürat yaranıb. Azərbaycanda seçki kampaniyası sakit tərzdə və qanunauyğun şəkildə keçirilir”.
 
Sloboda qeyd edib ki, bu gün MDB-nin icraçı katibi Sergey Lebedev MSK-nın sədri Məzahir Pənahovla görüşüb. Görüşdə seçki kampaniyasının gedişatı müzakirə edilib. Qeyd edək ki, Azərbaycanda parlament seçkilərini izləmək üçün 40-dan çox beynəlxalq təşkilatdan 503 xarici müşahidəçi izləyəcək. Onlar arasında AŞPA, TürkPA və MDB-nin Parlament Assambleyasının nümayəndələri var. Müşahidəçi sayına görə MDB-nin müşahidə missiyası 147 nəfərlə liderlik edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook