SON XƏBƏR

Yevda Abramov: Ölkəmizdə tolerantlıq yüksək səviyyədə təmin olunub

Avqust 27
11:10 2016
«Ölkəmizdə tolerantlıq yüksək səviyyədə təmin olunub». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.
 
Yevda Abramov bildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə bərabər şərait yaradılıb. Onun sözlərinə görə, yaradılan şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi bütün dünyaya nümunəyə çevrilib.
 
«Multikulturalizm çoxmədənilik, fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili” elan edilməsi bütövlükdə xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir»- deyə, Y.Abramov vurğulayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook