SON XƏBƏR

Yerin nüvəsi "sızır": Minlərlə ton qızıl səthə atılır

Fevral 25
18:56 2026
Çinin Hunan əyalətindəki Vanqu qızıl yatağında 2025-ci ilin sonunda mövcud mədən altında 1000 tondan çox qızılın ehtimal olunan kəşfi elan edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "BBC Science Focus" Almaniyanın Gettingen Universitetinin professoru Matiyas Vilboldun elmi məqaləsinə istinadən məlumat yayıb.

Əgər qiymətləndirmələr təsdiqlənərsə, bu, tarixdə ən böyük qızıl yatağı və bəlkə də hər hansı digər qiymətli metalın ən böyük yatağı ola bilər. Ehtiyatların təxmini bazar dəyəri təxminən 83 milyard dollar təşkil edir.

Qızılı yalnız qiymətli metal kimi tanısalar da, alimlər bildirirlər ki, o yalnız səthdə nadirdir. "Yerin qiymətli metalları arasında 99,9%-i nüvədə yerləşir", deyə Vilbold izah edir.

Ənənəvi olaraq hesab olunurdu ki, Yer formalaşarkən 4,5 milyard il əvvəl ağır elementlər – o cümlədən qızıl, platina və volfram – dəmir və nikel ilə birlikdə nüvəyə enmişdir. Siderofillər, yəni dəmir ilə kimyəvi birləşə bilən elementlər, planetin erkən mərhələsində nüvəyə çəkilmişdi.

Lakin bəzi alimlər, o cümlədən Vilbold, yeni bir fikri müdafiə edirlər: Yer nüvəsi tədricən "sızır”, qiymətli metallar isə mantiyadan yuxarıya doğru hərəkət edir.

"Bəzi geofiziki sübutlar var ki, mantiyadakı isti qayadan yüksələn "plumlar" kifayət qədər dərin mantiya qatlarına çatır və ehtimal ki, nüvə-mantiya sərhədindən başlayır”, deyə o qeyd edir.

Belə mantiya plümləri vulkanik aktiv zonalarda, məsələn, Havay və ya İslandiyada, yer qabığına qədər yüksələ bilər. Bir versiyaya görə, bunlar metalları səthə yaxınlaşdırmağa qadirdir.

Lakin bütün geoloqlar "sızma” hipotezi ilə razı deyillər. Köln Universitetindən doktor Mario Fişer-Gyodde hesab edir ki, izah kosmik miqyaslı hadisələrdə ola bilər.

"Biz mantiyanı yüksək siderofillərlə zənginləşdirməliyik. Ən tanınmış izah isə meteoritlər vasitəsilə bu elementləri geri gətirməkdir", deyə o izah edir.

Bu, təxminən 3,9 milyard il əvvəl Yerə böyük asteroidlərin sayısız zərbələr endirdiyi gec intensiv bombardman dövrünü əhatə edir. Bu zərbələr nüvənin formalaşmasından sonra əlavə ağır elementləri gətirmiş ola bilər ki, metallar daha dərin qatlara enə bilməmiş və mantiyada qalıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook