SON XƏBƏR

Yerevanda KTMT ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Avqust 15
12:25 2016
Avqustun 16-da Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, görüşdə iştirak etmək üçün Ermənistana Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan müdafiə nazirliklərinin nümayəndə heyətləri, eləcə də KTMT-nin baş katibi Nikolay Bordyuja və Birləşmiş Qərargahın rəisi, general-polkovnik Anatoli Sidorov gələcək.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan daxildir.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook