"Yəqin Azərbaycandan rüşvət istəyirlər ki...”- Partiya sədrindən sərt açıqlama
Mart 16
14:08
2023
"Avropa Parlamentinin məlum qətnaməsi sülh prosesinə növbəti zərbə kimi qiymətləndirilə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Avropa Parlamentinin dünən "Avropa İttifaqı-Ermənistan münasibətləri haqqında” sənədi şərh edərkən deyib.
Partiya sədri bildirib ki, Avropa Parlamenti dəfələrlə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib:
"Bu sayaq qətnamələrin Azərbaycan üçün əslində heç bir əhəmiyyəti yoxdur. Bu qətnamə də Avropa İttifaqına daxil ölkələr üçün tövsiyyə xarakterli sənəddir”.
Siyasətçi qeyd edir ki, qəbul edilən bu sənədin hüquqi və siyasi baxımdan Azərbaycana heç bir təsiri olmayacaq:
"Təbii ki, ölkəmizə qarşı yönələn belə ittihamlar bir qədər diskomfort yaradır. Amma hüquqi və siyasi cəhətdən Azərbaycan üçün heç bir nəticəsi yoxdur. Orada göstərilən müddəalar uydurmadır. Rüşvətlə əldə olunan müddəalardır. Bu yaxınlarda Avropa Parlamentinin bir neçə məsul şəxsi rüşvətlə əlaqədar məsuliyyətə cəlb olundu. Görünür, hələlik, orada da rüşvətin qarşısını tam şəkildə kəsmək mümkün olmayıb. Yəqin Azərbaycandan da rüşvət istəyirlər ki, ölkəmizin lehinə qətnamə qəbul etsinlər”.
Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, Avropa Parlamenti "Aİ-Ermənistan münasibətləri haqqında sənəd” qəbul edib. Burada layihənin müəllifləri 2022-ci ilin sentyabrın 13-14-də baş verən hadisələri Azərbaycanın guya Ermənistana qarşı aqressiyası kimi qələmə veriblər.
Sənəddə Azərbayanın öz ordusunu Ermənistan ərazisindən dərhal çıxarılması tələb olunur. Hətta burada Qarabağ ermənilərinin təhlükəsizlik və status məsələsinin hələ də həll edilmədiyi göstərilir. Həmçinin, Laçın dəhlizinin blokadaya alındığı iddia edilərək, Azərbaycandan bütün maneələri aradan qaldırmaq tələb olunur.