SON XƏBƏR

"Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli" kitabının alınmasına qadağa qoyuldu

Noyabr 26
13:35 2025
"Donna Deyl Karneginin "Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli" kitabının məktəb kitabxanalarına alınmasına qadağa qoyulub".

Qlobal.az xəbər verir ki, bunu "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu özünün sosial media hesabında yazıb.

O, paylaşımında bildirib ki, Elm və Təhsil Nazirliyinin (ETN) yanında fəaliyyət göstərən komissiyalardan biri sözügedən kitabı məqsədəuyğun hesab etməyib:

"Açığı, bu qərar mənə nəinki qəribə, hətta anti-insani və qızlara qarşı ədalətsiz bir addım kimi təsir etdi. Karneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir. Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Mən əminəm ki, ETN-də çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar. Əgər kitab "yeniyetmə qızların" deyil, "oğlanların necə dost qazanması" haqqında olsaydı, yəqin ki, belə qadağa qoyulmazdı". 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook