SON XƏBƏR

Yeni tələbələrdən 40 manat qeyri-qanuni ödəniş alınır?

Sentyabr 04
11:04 2023
Yeni qəbul olmuş tələbələrdən qeydiyyat zamanı qeyri-qanuni ödəniş alınması haqqında iddialar səsləndirilir.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddiaya görə, qeydiyyat zamanı sağlamlıq haqqında arayışa görə tələbələrdən 40 azn tələb olunur.

Qeyd edək ki, sağlamlıq haqqında arayışın ölkədə rəsmi dövlət rüsumu 41 manatdır. Belə ki, Prezidentin 13 may 2022-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Sözügedən sənəd isə TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib.

Lakin 18 yaşa qədər şəxslər üçün bütün növ arayışlar, həmçinin ali təhsil müəssisənə təqdim etmək məqsədilə alınan arayışlar ödənişsizdir. Belə ödənişlər icbari tibbi sığorta ilə qarşılanır.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 70301 nəfər iştirak edib. Onlardan 51 min 941 nəfəri (o cümlədən 6 min 592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 min 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 min 347 (o cümlədən 5 min 203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.(yeniavaz.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook