Yeni tədris ili hansı formada başlayacaq: Onlayn, yoxsa klassik? - Ekspert
Avqust 25
12:53
2020
"Dövlət tərəfindən 2020-2021-ci tədris ilinin hansı formada başlanması ilə bağlı qərarın hələ də olmaması dərslərin onlayn olacağına ehtimalları artırır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, qüvvədə olan qanuna əsasən, bilik gününə 20 gün vaxt qalıb:
"Valideyinlər yeni tədris ili üçün hazırlıq görməyiblər, birdən-birə buna icazə vermək böyük sıxlığa səbəb ola bilər. Düşünürəm ki, məktəblər mərhələli şəkildə açıla bilər. Məsələn, 10-15 sentyabrda ibtidai siniflərdən 1 və 3-cü siniflər 1-3-5-ci günlər , 2 və 4-cü siniflər 2-4-6-cı günlər dərsə başlaya bilər. Əgər yoluxma sayında ciddi artım, şagirdlər və müəllimlər arasında yoluxma halları olmasa, 5-9-cu siniflər də sentyabrın sonunda dərsə başlaya bilər”.
Kamran Əsədov qeyd edib ki, pandemiya dövründə tədrisin bərpası çox riskli və böyük məsuliyyət tələb edən addımdır:
"Məktəblərdə dezinfeksiya işləri aparılmalı, lazimi infrastruktur qurulmalıdır. Hesab edirəm ki, bu il məktəbli formasına vacib tələb qoyulmamalıdır. Ən vacib isə özəl təhsil sektorunun fəaliyyətinə icazə verilməlidir. Dövlət öz yükünü azaltmaq, şagirdlərin zəruri bilik və bacarıqlarının itməməsi üçün hazırlıq kursları və repititorların fəaliyyətinə icazə verməlidir. Bu, vacib addımdır. Çünki özəl sektor mövcud qaydalara daha çox riayət edir”.