Yeni "radar"lar cərimə yazır? - DİN-dən açıqlama
İyul 18
14:24
2024
"Yeni monitorlar cərimə yazmır, sürücüləri məlumatlandırır".
Qaynarinfo xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini Elşad Hacıyevin verdiyi məlumata görə, sürücülərin radar kimi qəbul etdikləri yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır:
"Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir. Bu radarlar yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir. Onların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir. Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir".