SON XƏBƏR

Yeni nazir aparat rəhbəri təyin etdi

Fevral 02
12:39 2016
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat həyata keçirilib.
 
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev qurumun Aparat rəhbəri vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.
 
O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.
 
Xatırladaq ki, nazirliyin bundan öncə aparat rəhbəri Vidadi Zeynalov olub. O, "MTN işi” ilə əlaqədar ötən ilin oktyabr ayının 27-də həbs olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook