SON XƏBƏR

Yəmənə hava hücumları zamanı ölənlərin və yaralananların sayı açıqlanıb

Yanvar 12
13:14 2024
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

APA "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə husi üsyançılarının hərbi sözçüsü, briqada generalı Yəhya Səri videoya çəkilmiş müraciətində bildirib.

"Amerika və Britaniya düşməni Yəmən xalqımıza qarşı cinayətkar təcavüzünə görə tam məsuliyyət daşıyır və bu, cavabsız və cəzasız qalmayacaq", - Sari deyib. O, Yəmənin husilərin nəzarəti altında olan 5 bölgəsinə ABŞ və Britaniyanın 73 zərbə endirdiyini açıqlayıb. O, bu zərbələrin hədəfləri barədə ətraflı məlumat verməyib.

Husilərin Xarici İşlər Nazirliyinin rəsmisi Hüseyn əl-Ezzi "Amerika və Britaniya gəmiləri, sualtı qayıqları və döyüş təyyarələri ilə kütləvi aqressiv hücumu" həyata keçirdiyini deyib. "Amerika və Britaniya, şübhəsiz ki, ağır bədəl ödəməyə və bu açıq təcavüzün bütün dəhşətli nəticələrini çəkməyə hazırlaşsınlar", Əl-Ezzi əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook