Yəməndə toqquşmalar nəticəsində 57 nəfər ölüb
Mart 12
17:24
2016
Yəməndə üsyançı husilərlə hökumət qüvvələri arasında baş verən silahlı toqquşmalarda azı 57 nəfər ölüb.
Trend Sputnik-ə istinadən məlumat verir ki, hazırda hökumət qüvvələri Yəmənin cənub-qərbində yerləşən Taiz şəhəri istiqamətində hücuma keçiblər.
Qanlı toqquşmalarda 37 husi, 14 hökumət əsgəri və 6 dinc sakin ölüb.
Məlumata əsasən, son günlər hökumət qüvvələri Taiz şəhərinin ətrafını nəzarət altına almağa müvəffəq olublar.
Qlobal.az



