SON XƏBƏR

Yəməndə Britaniya gəmisi raket atəşinə tutulub

Fevral 12
11:07 2024
Yəmənin Əl-Muxa liman şəhərindən 40 dəniz mili cənubda, Qırmızı dənizdə Böyük Britaniyanın ticarət gəmisi hücuma məruz qalıb.

"Report” xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (UKMTO) "X” sosial şəbəkəsində məlumat yayıb.

Gəmi kapitanı iki raket atəşinə məruz qaldıqlarını bildirib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Məlumata görə, hazırda gəmi dəniz limanına doğru hərəkət edir.

UKMTO digər gəmilərin ekipajlarını Yəmən sahillərində hərəkət edərkən ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook