SON XƏBƏR

Yazıçı: "Soyuq günəş" filminin adı plagiatdır (VİDEO)

Sentyabr 01
11:56 2021
""Soyuq günəş" filminin adı plagiatdır".

Bunu yazıçı-publisist, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran Bakupost.az -a verdiyi açıqlamada deyib.

O, ölkənin mədəni gündəminə çevirilən "Soyuq günəş" bədii filminin adının plagiat olduğunu iddia edir:

""Soyuq günəş" mənim 1996-cı ildə nəşr olunan povestimin adıdır. Filmin ssenari müəllifi Sədaqət Kərimova müəllif hüquqlarını pozub".

Qeyd edək ki, "Soyuq günəş" filmində ləzgi xalqlarının milli adət-ənənəlerindən bəhs olunur. Filmdə əsas hadisələr 1941-45-ci illərdə cərəyan edir. Qusarın ucqar kəndlərindən birində yaşayan bir-birlərini dəlicəsinə sevən Yarmət və Yarqunat adlı iki gəncin sevgi hekayəsindən bəhs olunan film son illərin ən səs-küylü mədəni hadisəsinə çevrilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook