Yazıçı Anar ona “xalq şairi” deyən icra başçısından danışdı
Avqust 13
15:10
2022
"Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çox yaxşı, eyni zamanda savadlı şəxsdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq yazıçısı Anar Rzayev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun onu Xalq şairi kimi təqdim etdiyi görüşdən danışarkən deyib. Sədr bildirib ki, Əziz Əzizov onu yaxından tanıyır:
"Əziz müəllim çox savadlı adamdır, məni də yaxından tanıyır. Orada tədbirdə çıxış edəndə əsərlərimdən söz açdı. Məni tanımırsa, əsərlərimin adını, orada yazılanlardan necə danışa bilər? Bir texniki səhvdir, görünür, müzakirə etməyə ayrı bir mövzu tapmırlar. O boyda tədbir keçirilib, ondan niyə yazmırlar? Hər bir insan texniki səhv edə blər”.

Qeyd edək ki, avqustun 10-da Suraxanı rayonunda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edib. Tədbirdə hər iki şəxsin Anar Rzayevi Xalq şairi kimi tədim etməsi ilə bağlı sosial şəbəkədə məlumatlar yayılıb.
Qlobal.az