Yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal edəcəyik - Belarus rəsmisi

May 06
08:19
2025
Yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal olunacaq.
"Report” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus bildirib.
"Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq strateji xarakter daşıyır və uzun tarixi ilə məşhurdur, ona görə də biz planlı və sistemli şəkildə işi davam etdiririk", - D.Pantus qeyd edib.
"Bu iş davam edir və yaxın gələcəkdə Azərbaycanın hərbi sənaye korpusu ilə birgə məhsullarımız olacaq", - o vurğulayıb.