Yaşıllaşdırma Təsərrüfatı Birliyi Mirəli Seyidov 1 ünvanındakı “yaşıl soyqırımı“ “ört-basdır“ etmək istəyib? - FOTOLAR
İyul 24
15:09
2024
Yasamal rayonu Mirəli Seyidov küçəsi 1 ünvanında yerləşən yaşayış binasının qarşısında ağaclar kütləvi kəsilib. Bu barədə mətbuatda dərc edilən məlumatlardan sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb və bir neçə ağacın kəsildiyi faktı təsdiqini tapıb.
AzFakt.com xəbər verir ki, Yasamal rayonu Mirəli Seyidov küçəsi 1 ünvanında ağacların kütləvi kəsilməsi mətbuatda işıqlandırıldıqdan sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin hərəkətə keçməsi birmənalı qarşılanmayıb. İddiaya görə ərazidə baş verən ağac kəsilməsindən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən və paytaxt rayonlarındakı yaşıllıqlara cavabdeh qurum olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi xəbərdar olub.
Məlumata görə Yaşıllaşdırma Təsərrüfatı Birliyi Mirəli Seyidov 1 ünvanındakı yaşayış binasının birnci mərtəbəsini obyekt etmək istəyən Həbib Əliyev adlı sahibkara kömək edərək hadisəni gilətməyə çalışırmış, ancaq məsələ sosial ictimailəşəndən sonra çıxılmaz vəziyyətə düşüblər.
Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı isə bəzi şəxslər payızda Azərbaycanda keçiriləcək COP29 tədbiri öncəsi təbiətə qarşı bəzi işbazların törətdikləri qanunsuz əməlləri təxribat kimi dəyərləndirib.
Qeyd edək ki, Yasamal rayonunda qanunsuz tikintilərlə bağlı mətbuatda çoxsaylı xəbərlər dərc edilməkdədir.

Xatırladaq ki, cari ilin iyul ayının 10-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Yasamalda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar xüsusilə Yasamal RİH başçısı Elşad Həsənova ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qlobal.az