Yasəmən - ayrılığın adı
May 19
12:39
2017
Həyətimizdəki yasəmən ağacının yaşı neçə idi bilmirəm. Amma mənim o əsrarəngiz çiçəklərə həsrətimin 25 yaşı tamam olur.
Anam o qədər çox giley edir ki bu rəqəmlə bağlı. Deyir, "25 il bir igidin ömrüdür. Didərginliyimizin üstünə bir yaş da gəldi”. İllər ötdükcə onun qorxuları daha da artır.
İllərdir dərdimzi yazıb bitirə bilmədim mən. Hər yaz gələndə, hər qar yağanda, quşların səsində, yarpaqların pıçıltısında həsrətim didib parçaladı ürəyimi.
Bir də hər baharda yasəmən qoxusu gəldimi burnuma, qəlbim viran olur. Yer tapmıram özümə...
Bizim bağçamızdakı yasəmənin ətri də, rəngi də başqa idi. Elə bil Allah onu yalnız bizə hədiyyə etmişdi. Onun açdığı günlər toy-bayram olardı. Çox adamın evinə pay gedərdi bu çiçəkdən.
Nə yalan deyim, illərdi bu şəhərin hansı küçəsində yasəmən görsəm, paxıllığım tutur. Qoxlasam da, ürəyimə yatmır.
O qədər çox əfsanəsi var ki bü xoşətirli gülün.
Yasəmən sevgi, xoşbəxtlik mənası daşıyır zərif çiçəklərində. Hələ bir də o çiçəklərin içində təksaylı ləçəklisini tapdınsa, onda həyat üzünə güləcək...
Mənim hekayəm başqadı yasəmənlə bağlı. Ayrılıq, qorxu, təlaş var hər zərrəsində. Onunçün dünyanın hansı yerində yasəmən qoxlasam, xiffət öldürər məni.
Yenə tam 365 gün keçdi Vətəndən uzaqda. Yenə ayrılıq qoxuyur bütün çiçəklər.
Mən həsrətimi ümid yerinə daşıyıram qəlbimdə nə zamandı. Daha nə arzularım var, nə də dualarım. Mənim istəkəlrim çin olmayacaq deyəsən.
Çünki ayrılıq ətirli yasəmənlər arasında heç təksaylısını tapa bilmədim....
Qönçəgül Kamalqızı