SON XƏBƏR

"Yaşam Beynəlxalq Məktəbi"nin fəaliyyəti niyə araşdırmır? - Əmək müqaviləsi olmayan işçi iddiası...

Dekabr 02
10:03 2025
Abşeron rayonu Xırdalan şəhəri "AAAF Park" Yaşayış Kompleksində fəaliyyət göstərən "Yaşam Beynəlxalq Məktəbi" əmək müqaviləsi olmadan işçi çalışdırdığı barədə iddialar yayılıb.
 
Qlobal.az xəbər verir ki, bir müddət öncə bu barədə məlumatı azfakt.com saytı yayıb. 
 
Yayılan xəbərdə "Yaşam Beynəlxalq Məktəbi" azyaşlı şagirdlərin daşınmasını həyata keçirən servisdə çalışan sürücülərin və azyaşlı şagirdlərin avtobuslarda evlərdən məktəbə və eləcə də məktəbdən evlərə daşınmasına köməklik edən xanım işçilərin əmək müqaviləsi olmadan çalışdıqları deyilir.
 
Məktəb rəhbərliyinin şifahi formada işə qəbul etdiyi bu şəxslərlə əmək müqaviləsi bağlamadan maaş tətbiq etdiyi vurğulanır.

İlginc məqam budur ki, aidiyyatı qurumlar "Yaşam Beynəlxalq Məktəbi" barədə yayılan məlumatlara reaksiya vermirlər. 
 
Dövlət qurumlarının sözügedən məktəbin qeyri-rəsmi işçi çalışdırmaları barədə olan məlumatlara reaksiya verməmələri sosial şəbəkələrdə ciddi müzakirələrə yol açır. 
 
Qlobal.az yayılan iddialara "Yaşam Beynəlxalq Məktəbi"ndən mövqe öyrənə bilməyib. 
 
Qeyd edək ki, "Yaşam Beynəlxalq Məktəbi"nin rəhbəri Samir Həsənovdur.
 

 
Məktəbin rəsmi saytında 900-dən artıq şagirdin təhsil aldığı bildirilir. 
 

 
Xatırladaq ki, əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimələnir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook