“Yaşam Beynəlxalq Məktəbi“ndə şagirdləri əmək müqaviləsi, sağlamlıq arayışı olmayan şəxslər daşıyır? - İDDİA
Noyabr 07
09:53
2025
Abşeron rayonu Xırdalan şəhəri "AAAF Park" Yaşayış Kompleksində fəaliyyət göstərən "Yaşam Beynəlxalq Məktəbi"ndə çox ciddi qanun pozuntuları yaşanmaqdadır.
Bu barədə AzFakt.com saytının əldə etdiyi məlumatda bildirilir.
"Yaşam Beynəlxalq Məktəbi" azyaşlı şagirdlərin daşınmasını müəyyən ödəniş əsasında həyata keçirir. Lakin şagirdləri məktəbə aparan avtobusların sürücülərinin və eləcə də azyaşlı şagirdlərin avtobuslarda evlərdən məktəbə və eləcə də məktəbdən evlərə daşınmasına köməklik edən işçilərdən işə götürülərkən psixoloji və sağlamlıq durumları barədə arayış tələb edilmir.
Əldə etdiyimiz məlumata görə nə sürücülər, nə də şagirdlərin avtobuslarla daşınmasına köməklik edən məktəbin işə götürdüyü xanım işçilərin heç biri qanunla tələb edilən müvafiq yoxlanışlardan keçməyiblər. Bu şəxslərin nə psixoloji, nə də sağlıq durumları barədə məlumat yoxdur. Sürücülərin bəzilərinin isə alkoqola meylli olduğu bildirilir.
Məktəbdə şagirdlərin daşınması servisinə nəzarət məktəb rəhbərliyinin yaxın adamı olan şəxs özünə yaxın olan adamları heç bir sağlamlıq arayışı olmadan, heç bir rəsmi müqavilə bağlamadan işə götürür. Məktəbdə uşaqların daşınmasını həyata keçirən qeyri-rəsmi qadın işçilər demək olar ki hamısı məktəb rəhbərliyinin adamlarıdır. Bu xanımların əksəriyyətinin məktəblə uzlaşan normal, standart geyimləri yoxdur. "Yaşam Beynəlxalq Məktəbi"ndə azyaşlı şagirdlərin daşınmasını həyata keçirən avtobuslarda çalışan xanımların bəzilərinin geyimləri bu uşaqların psixologiyasına ciddi mənfi təsir göstərir.
Eyni zamanda adi bir infeksiyaya, mikroba həssas olan azyaşlı şagirdlərin daşınmasına bilavasitə köməklik edən bu xanımların psixoloji və sağlamlıq durumları da ciddi müayinə edilməlidir.
Digər bir məqam isə "Yaşam Beynəlxalq Məktəbi"ndə şagirdlərin daşınmasını həyata keçirən avtobus sürücülərinin və şagirdlərə köməklik edən məktəbin xanım işçilərinin rəsmi əmək müqavilələrinin olmamasıdır. Bununla da məktəb dövlət büdcəsindən külli miqdarda vəsait yayındırır.
Qeyd edək ki, "Yaşam Beynəlxalq Məktəbi"nin rəhbəri Samir Həsənovdur.
"Yaşam Beynəlxalq Məktəbi"ndən məsələyə mövqe öyrənmək istəsək də, qarşı tərəf heç bir mövqe bildirmədi.

Qarşı tərəf mövqe bildirə bilər.
Qlobal.az