SON XƏBƏR

Yas mərasimlərinə qatılan mollalar cəzalandırılacaq - Video

İyun 18
07:38 2020
Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bununla bağlı məlumatlar toplanılıb.

Bütün din xadimlərinə isə dəfn mərasimi istisna olmaqla insanların kütləvi iştirak etdiyi yas məclislərinə qatılmamaqla bağlı qəti tapşırıq verilib.

Komitə sədri deyib ki, virusa yoluxma riski bu cür kütləvi toplantılarda daha çox olur. Odur ki, kütləvi mərasimlərdə iştirak edən din xadimlərini ciddi cəza gözləyir.

Qeyd edək ki, ölkə ərazisində dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı ilə və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir. Qapalı, yaxud açıq məkanlarda ehsan verilməsi və başsağlığı məclislərinin təşkili isə qadağandır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook