Yardımlını abadlaşdıracaq "M-House Construction" kimindir?
Noyabr 01
15:51
2025
Yardımlı Şəhər İcra Hakimiyyətinin Yardımlı Şəhər Nümayəndəliyi "M-House Construction" MMC ilə satınalma müqaviləsi imzalayacaq,
Qaynarinfo xəbər verir ki, şirkət qurumun Yardımlı şəhərində küçə və parklarda aparılacaq abadlıq işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Abadlıq işlərinə görə, şirkətə 275 953, 89 manat ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "M-House Construction" MMC 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.
Açıq mənbələrdə "M-House Construction" MMC haqqında heç bir məlumata rast gəlinməsə də, şirkət satınalma müsabiqlərində fəal iştirak edir.
Sentyabr ayında şirkət Lerik Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Maraqlıdır ki, həmin vaxt "M-House Constrution" MMC-nin vergi borcu olsa da, şirkət müsabiqəyə buraxılıb və qalib elan edilib. Halbuki qanunvericilik veegi borcu olan şirkətin satınalma müsabiqələrində iştirakını qadağan edir. "M-House Constrution" MMC üçün keçərli olması bu şirkətin tender əməliyyatları üçün yaradıldıığına dair şübhələri artırır.
Qlobal.az