Yaqub Zurufçunun konsertinin şərəfsiz afişası dəyişdirildi
Mart 31
17:27
2016
Azərbaycan musiqisinin fars adı altında təqdim olunan afişaları mətbuatda dərc edilən yazılardan sonra dəyişdirildi
Ramiz Quliyev: "Dedim ki, dəyişdirilməsə iştirak etməyəcəm... ”
Müğənni Yaqub Zurufçunun təşəbbüsü ilə Avropada keçiriləcək konsertlər artıq fars deyil, Azərbaycan adı altında təmsil olunacaq. Bu barədə konsertdə iştirak edəcək xalq artisti, tarzən Ramiz Quliyev müsavat.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq ötən gün afişalar yenidən işlənib:
Qeyd edək ki, bu günlərdə əslən azərbaycanlı olan əməkdar artist Yaqub Zurufçunun təşəbbüsü ilə Avropada keçiriləcək konsert turları ilə bağlı qalmaqal yaşanırdı. Konsertlərdə Azərbaycanın tanınmış musiqiçiləri iştirak etməsinə baxmayaraq afişalarda fars adı altında təqdim olunması kəskin tənqidlə qarşılanmışdı. Avropadakı Azərbaycan milli diaspor təşkilatlarının əksəriyyətinin konsertlə bağlı boykot çağırışları etdiyi barədə məlumatlar yayılmışdı. Avropada yaşayan tanınmış güneyli soydaşlarımız da olayla bağlı müsavat.com-a danışaraq məsələyə öz etirazlarını bildirmişdilər. Həmçinin konsertlədə çıxış edəcək xalq artisti, tarzən Ramiz Quliyev, qarmon ifaçısı Aftandil İsrafilov, qoşanağara ifaçısı Sadıq Zərbəliyev qınaq obyektinə çevrilmişdilər.
Ramiz Quliyev bundan öncə müsavat.com-a açıqlamasında afişalarda konsertin fars adı altında təqdim olunmasından xəbərsiz olduğunu, afişalara baxıb rəy verəcəyini demişdi.

"Ən ələlxsus da bu mənim öz ideyam oldu, baxdım gördüm ki, afişalarda başqa adlar və sairə var. Belə şeylə razı ola bilməzdim. Biz Azərbaycanın musiqiçiləriyik, vətənimizi təmsil edənlərik. Dedim ki, əgər afişa düzəldilməsə orda iştirak etməyəcəm. Afişalarda fars dilində Azərbaycan sözləri yazmışdılar. Bir də ingilis dilində "Persian Concert Proudly Presents” (Fars Məhsullu Konsertin Təqdimatı) yazılmışdı. Bu, yanlışlıq olub. Hamısı düzəldilib görəcəksiz. Dünən mənə dedilər ki, artıq hazırdır. Başqa cür də ola bilməz. Bir daha deyirəm, vətənin quluyuq biz. Azərbaycanın tarı dünyaya öz hünəri ilə səs salıb. Azərbaycandan öyrənirlər necə tar çalmaq lazımdır. Azərbaycan vətəndir, onu həmişə təmsil etmişik, edəcəyik”.
Qeyd edək ki, bu günlərdə əslən azərbaycanlı olan əməkdar artist Yaqub Zurufçunun təşəbbüsü ilə Avropada keçiriləcək konsert turları ilə bağlı qalmaqal yaşanırdı. Konsertlərdə Azərbaycanın tanınmış musiqiçiləri iştirak etməsinə baxmayaraq afişalarda fars adı altında təqdim olunması kəskin tənqidlə qarşılanmışdı. Avropadakı Azərbaycan milli diaspor təşkilatlarının əksəriyyətinin konsertlə bağlı boykot çağırışları etdiyi barədə məlumatlar yayılmışdı. Avropada yaşayan tanınmış güneyli soydaşlarımız da olayla bağlı müsavat.com-a danışaraq məsələyə öz etirazlarını bildirmişdilər. Həmçinin konsertlədə çıxış edəcək xalq artisti, tarzən Ramiz Quliyev, qarmon ifaçısı Aftandil İsrafilov, qoşanağara ifaçısı Sadıq Zərbəliyev qınaq obyektinə çevrilmişdilər.
Ramiz Quliyev bundan öncə müsavat.com-a açıqlamasında afişalarda konsertin fars adı altında təqdim olunmasından xəbərsiz olduğunu, afişalara baxıb rəy verəcəyini demişdi.
Yaqub Zurufçu isə konsertlərinin boykot edilməsi qarşı isə bu cür reaksiya vermişdi: "Kim istəyir boykot etsin, özləri bilər”. (Musavat.com)
Qlobal.az