SON XƏBƏR

Yaqub Zürufçu Üzeyir Hacıbəylidən danışdı

Sentyabr 18
11:33 2020
"Cismən bizlərdən ayrılan bu böyük düha Azərbaycan var olduqca yaşayacaq”.

Qaynarinfo xəbər verir ki, bunu dünya şöhrətli sənətkar, Əməkdar artist Yaqub Zürufçu 17 sentyabr Musiqi günü ilə bağlı danışarkən deyib. O bildirib ki, Üzeyir Hacıbəylinin əsərlərini dünyaya tanıtmaq yolunda əməyi az olmayıb:

"18 sentyabr qüdrətli musiqimizin günüdür. Musiqimizin baş tacı, əzəmətli əsərləri ilə bizi biz edən dahi Üzeyir bəyin doğum günüdür. Dünyanın bir çox ölkələrindəki konsertlərimdə Üzeyir bəyin əsərlərini fəxrlə ifa etmişəm. Amerika Birləşmiş Ştatlarında Simfonik Okestrin müşayiətilə lentə alınmış albomum hazırda da satışdadadır. Daha sonra bu albom daha nəfis tərtibatda doğma Bakıda işıq üzü gördü”. 

Yaqub bəy qeyd edib ki, bu böyük düha Azərbaycan var olduqca yaşayacaq:

"Əsərləri hər yanda üzümüzü ağ edəcək. Üzeyir bəy təkcə bizim deyil əslində. Onun dünya klassik musiqisinə bəxş etdiyi töhfələr zaman gələcək, daha geniş vüsət tapacaq. Musiqi günümüz mübarək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook