SON XƏBƏR

Yaponlar robotlara kosmetika istehsal etməyi öyrədəcəklər

Fevral 10
14:34 2016
Yaponiyanın "Shiseido” korporasiyası 2020-ci ilə kimi kosmetika istehsalı üzrə robotlaşdırılmış fabrik işə salmaq niyyətindədir. Zavodu Osaka şəhərində inşa etmək nəzərdə tutulub.
 
AZƏRTAC rambler.ru-ya istinadla xəbər verir ki, şirkət ixtisaslaşdırılmış texnikadan istifadə hesabına xərcləri azaltmağa və istehsalı 50 faiz artırmağa ümid bəsləyir.
 
Yaponiya Tədqiqatlar İnstitutunun iqtisadçısı Xisaşi Yamada deyib: "Yaponiyada artıq işçi qüvvəsi yoxdur. Yaponiya ortamüddətli və uzunmüddətli perspektivlərdə maşınlardan və insan resurslarından istifadə etməklə birgə istehsalı artıracaq”.
 
 
Dünyanın ən qocaman kosmetika şirkətlərindən biri olan "Shiseido” 1872-ci ildə Arinobu Fukuxara tərəfindən yaradılıb. Hazırda dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən korporasiyada təqribən 29 min nəfər çalışır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook