Yaponiya və ABŞ KXDR-in nüvəsizləşdirilməsi məqsədilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər
May 10
17:15
2018
Yaponiya və ABŞ liderləri Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədilə Koreya Xalq Demokratik Respublikasının (KXDR) konkret addımlar atmasına nail olmaq barədə razılığa gəliblər.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, bu barədə razılıq Baş nazir Şinzo Abenin Prezident Donlad Trampla mayın 10-da baş tutan telefon danışığı zamanı əldə edilib.
Məlumatda qeyd edilir ki, 20 dəqiqə davam edən telefon danışığı zamanı D.Tramp və Ş.Abe ABŞ və KXDR liderlərinin qarşıdakı sammiti məsələsinə də toxunublar.
"Hər iki lider təsdiq ediblər ki, onlar ABŞ və KXDR arasında gözlənilən danışıqlar vasitəsilə Pxenyanın bioloji və kimyəvi silahlar, o cümlədən ballistik raketlər daxil olmaqla kütləvi qırğın silahlarından tam, nəzarət olunan və dönməz şəkildə imtinasına çalışacaqlar”, - deyə sənəddə bildirilir.
Ş.Abe və D.Tramp, həmçinin bildiriblər ki, ABŞ və KXDR sammitinin təşkili üçün onlar həm bir-biri ilə, həm də Cənubi Koreya ilə sıx əməkdaşlıq edəcəklər.
Xatırladaq ki, ABŞ Prezidentinin bildirdiyinə görə, onun KXDR lideri Kim Çen In ilə görüş yeri yaxın üç gün ərzində məlum olacaq.