Yaponiya tarixində ilk dəfə ölkə xaricində hərbi baza aça bilər
Oktyabr 15
14:00
2018
Yaponiya ölkə xaricində ilk daimi hərbi bazasını yaratmağı planlaşdırır.
"Kommersant" xəbər verir ki, baza Afrikanın şimal-şərqində, Cibutidə yerləşəcək.
Yaponiyanın "Sankey" qəzetinin məlumatına görə, hazırda Yaponiyanın Cibutidə müvəqqəti dayaq məntəqəsi var və orada eskadra minadaşıyan gəmi və iki patrul təyyarəsi var. Tokio isə indi Cibuti hökumətindən, təqribən, 12 hektar ərazini icarəyə götürmək və orada kazarma, inzibati bina və anbarlar yaratmaq istəyir.
Baza somalili dəniz quldurları ilə mübarizə aparmaq üçün istifadə ediləcək.
Bundan əlavə, qəzet yazır ki, bazadan bu ərazilərdə varlığını genişləndirməyi planlaşdıran Çinə qarşı vasitə kimi də istifadə oluna bilər.