Yaponiya KXDR tərəfindən raket buraxılışını izləmək üçün “Aegis” sistemli üç gəmi göndərib
Fevral 04
20:29
2016
Yaponiya Koreya Xalq Demokratik Respublikasının (KXDR) fevralın 8-25 aralığında buraxmağı planlaşdırdığı raketi izləmək üçün "Aegis” çoxfunksiyalı informasiya-idarəetmə sistemli üç gəmi göndərib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, gəmilərdən biri Yapon, digər ikisi isə Cənubi Çin dənizində yerləşəcək. Yaponiya üçün təhlükə yaranacağı təqdirdə həmin gəmilərdən SM-3 raketləri buraxılacaq.
Fevralın 3-də Yaponiya Müdafiə Nazirliyi Şərqi Çin dənizində yerləşən İşiqaki və Miyako (Okinava prefekturası) adalarında son model "Patriot PAC-3” raketdən müdafiə komplekslərinin yerləşdirilməsinə başlayıb. Bundan əvvəl isə həmin komplekslərin Müdafiə Nazirliyinin yaxınlığında və Tokionun İçiqaya rayonunda yerləşdirilməsi barədə məlumat verilib.
Fevralın 2-də KXDR Beynəlxalq Elektrorabitə İttifaqını və Beynəlxalq Dənizçilik Təşkilatını fevralın 8-25 aralığında süni peykin buraxılması planı barədə məlumatlandırıb.
Qlobal.az



