Yaponiya İsrailin Qolan təpələri üzərində suverenliyini tanımır
Aprel 11
11:43
2019
Yaponiya İsrailin Qolan təpələri üzərində suverenliyini tanımır və bu barədə ABŞ hökumətini xəbərdar edib. Bunu Yaponiyanın xarici işlər naziri Taro Kono parlamentin aşağı palatasının xarici işlər komitəsindəki çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Yaponiya Qolan təpələrinin İsrail tərəfindən ilhaqını tanımır və ABŞ-ın yəhudi dövlətinin bu ərazilər üzərində suverenliyini tanıması BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil edir.