SON XƏBƏR

Yaponiya Çinlə müharibə astanasında

Mart 28
11:08 2016
Yaponiya hökuməti mübahisəli adaların yaxınlığında hərbi qarnizon yerləşdirib. Təqribən 200 hərbi qulluqçu ətraf sulara və hava məkanına nəzarət edən radar stansiyasında xidmət göstərəcək. Qarnizon, həmçinin desant çıxarılması əməliyyatının qarşısını almalı, kömək gələnədək ərazini qorumalıdır.
 
Mübahisəli ərazi hesab olunan Senkaku adalar qrupu Yonaqunidən 150 kilometr şimalda, Tayvanın yaxınlığında yerləşir. Bu adalar Tokionun nəzarəti altında olsa da, Pekin də onlara iddialıdır. Yaponiyanın bu əraziləri öz suları hesab etməsinə baxmayaraq, Çin gəmiləri tez-tez bu sulara daxil olur. Bu ərazidə iki ölkənin gəmiləri arasında dəfələrlə ciddi qarşıdurma yaranıb. Çinin mülki fəalları bir neçə dəfə həmin adalara çıxmağa cəhd göstəriblər. Tokioda adalara daha çox desantın çıxarıla biləcəyini də mümkün hesab edirlər.
 
Bu yaxınlaradək Yaponiya bu ərazidə hərbi qüvvələrin heç bir dayaq məntəqəsinə malik deyildi. Yonaqunidən başqa, çimərlik və otellər sistemi ilə tanınan Miyako və İşiqaki adalarında da hərbi qarnizonların yerləşdirilməsi nəzərdə tutulur. (Azərtac)
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook